Sərhədimizi pozmaq istəyən 10 nəfər saxlanıldı – Foto

Sərhədimizi pozmaq istəyən 10 nəfər saxlanıldı – Foto

May ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: