Sərhədi yandırıb ölkəmizi şərləyən ermənilər ifşa oldu – Video

Sərhədi yandırıb ölkəmizi şərləyən ermənilər ifşa oldu – Video

Xəbər verdiyimiz kimi, 6 yanvar tarixində Ermənistanın Azərbaycanla sərhədində irimiqyaslı yanğın baş vermişdi.

AzerTimes xəbər verir ki, hələ o zaman yanğının ermənilər tərəfindən qəsdən törədildiyi haqda ciddi fakt ortaya çıxmışdı. Belə ki, 2020-ci ildə baş verən müharibə dönəmində ermənilərin “informasiya savaşında” aktiv iştirak edən Artur Ayvazyan adlı şəxs yanğından bir neçə saat əvvəl Feysbuk hesabında sərhəddə böyük yanğın olacağı ilə bağlı məlumat paylaşmışdı. O, sonradan bu postu silsə də, skrinşotlar qalmışdı.

Külək Azərbaycan tərəfdən əsdiyi üçün Qaragöl ətrafında başlayan yanğın Azərbaycan deyil, Ermənistanın özünə doğru genişlənmişdi. Hətta Gorus qatı tüstüyə məruz qalmışdı.

Vəziyyət belə olduqda isə ermənilər “Yanğını azərbaycanlılar törədib” təbliğatına başladılar. Laçın yolunda ekofəalların ekologiyaya görə aksiya keçirdiyini xatırladaraq, erməni Teleqram kanallarında “bəlkə o ekofəalları elə bu odun içinə ataq” başlıqlı paylaşımlar da etdi.

“Bez Tormozov” Teleqram kanalı sözügedən yanğınla bağlı daha bir fakt əldə edib. Videodan aydın görünür ki, ermənilər yanğını sərhəddə qəsdən törədirlər və bunu “öyünmək üçün” (ermənilər hər zaman ən çirkin işləri ilə öyünüblər) videoya da çəkirlər.

Ancaq külək ermənilərin Azərbaycana qarşı növbəti təxribat və ekocinayətlərini, video isə azərbaycanlıları şərləmələrini ifşa etdi…

Teqlər: