Sərhəddəki vəziyyətlə bağlı AB-dən açıqlama

Sərhəddəki vəziyyətlə bağlı AB-dən açıqlama

Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı mövcud məlumatlar Avropa Xarici Fəaliyyət Xidmətində yoxlanılır.

AzerTimes xəbər verir ki, bunu Avropa Parlamentində Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev deyib.

“Mənim baş verənlərlə bağlı ətraflı məlumatım yoxdur. İndicə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Borrellin ofisində Avropa Xarici Fəaliyyət Xidmətinə sorğu göndərdim və fevral ayından orada yerləşən diplomatik missiyamızla maraqlandım. Ancaq unutmayın ki, bu, mülki missiyadır, onlar silahsızdırlar və atəş aça bilməzlər”, – o bildirib.

Teqlər: