İki günə Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki körpü bağlanacaq.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə kənd sakini Karen Qazaryan deyib.
Kənd sakini bildirib ki, demarkasiya komissiyalarının razılığına əsasən Tavuşun Kirants kəndindəki körpü bağlanacaq. Paralel olaraq Kirants-Açarkut avtomobil yolunun yenidən qurulması başa çatacaq.
“Məndə olan məlumata görə, körpüdən kəndin yaşayış binalarına qədər divar çəkiləcək ki, sakinlər Azərbaycan hərbçilərini görməsin. Bu, hündürlüyü 3 metr olan divardır. Artıq kənddən Azərbaycan bayrağı və sərhədçilər görünür”, – deyə Qazaryan vurğulayıb.