Ermənistan Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə yenidən vəziyyətin gərginləşdiyini iddia edib.
AzerTimes xəbər verir ki, nazirlik daha 2 erməni əsgərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, 10 mayda erməni təxribatına Ordumuzun endirdiyi cavab zərbələri nəticəsində 4 erməni əsgərin yaralandığı bildirilmişdi.
Erməni təxribatı nəticəsində isə Ordumuz bir şəhid verib, bir əsgərimiz isə başından ağır yaralanıb (snayperlə).