Sərhəddə toqquşmanın səbəbi Türkiyə seçkisidir – Abramyan

Sərhəddə toqquşmanın səbəbi Türkiyə seçkisidir – Abramyan

Ermənistanla şərti sərhəddə 3 gündür davam edən toqquşmaların genişlənəcəyi istisna edilmir.

AzerTimes xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyanın insidentlə bağlı paylaşımında deyib.

O bildirib ki, sərhəddə toqquşmanın səbəblərindən biri Türkiyədəki hazırkı vəziyyət və davam edən proseslərdir. Başqa sözlə, Abramyan etiraf edib ki, Ermənistan Türkiyədə sabah baş tutacaq seçkilərdən, yəni Ərdoğan hökumətinin başının qarışmasından sui-istifadə edib, sərhəddə vəziyyəti gərginləşdirir.

Abramyanın sözlərinə görə, insidentin digər səbəbi Ermənistanın güzəştlərə getməsi, Azərbaycanın isə tələblərindən geri çəkilməməsidir:

“Bu isə sərhəddə sabitliyin pozulmasına gətirib çıxarır və bu, davam edəcək. Gələcəkdə bu insidentlərin hansı miqyasda və necə inkişaf edəcəyi vəziyyətin mürəkkəbliyindən asılıdır”.

Qeyd edək ki, Abramyanın məntiqi ilə sərhəddə insidentin yaranmasında hər iki tərəf – həm Paşinyan komandası, həm də “5-ci kolon” maraqlıdır. Ermənistan hakimiyyəti və yaxud Ermənistan hakimiyyətinin danışıqlarda tutduğu mövqeyi qəbul etmək istəməyənlər təxribatlar törədirlər. Abramyanın məntiqinə görə Paşinyan güzəştə getməyə hazırdırsa, onda sərhəddə vəziyyəti gərginləşdirməklə sülh danışıqlarına mane olmaq istəyən “5-ci kolon”dur.

Digər tərəfdən, Paşinyan komandası da Türkiyədəki seçkidən sui-istifadə edib, danışıqlarda üstün mövqe qazanmaq üçün sərhəddə kiçik hərbi uğur qazanmaqda maraqlıdırlar.

Teqlər: