Sərhəddə erməni təxribatı: cavabı verilməlidir – Ağar

Sərhəddə erməni təxribatı: cavabı verilməlidir – Ağar

Son dövrdə Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar artır. Tərəflərin sülhə nail olmasını əngəlləmək üçün belə təxribatlar törədilməsi ehtimallar arasındadır.

Bu sözləri AzerTimes-a ötən gün Ermənistan ordusu tərəfindən Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert bütün ssenarilərə hazırlıqlı olmağın böyük əhəmiyyət daşıdığını vurğulayıb:

“Fikrimcə, törədilən təxribatın Ermənistanın ümumi siyasəti və geosiyasəti ilə bağlılığı yoxdur. Ən son Ermənistan MN-in verdiyi açıqlamada hadisənin bir şəxs tərəfindən qəsdən törədildiyinə işarə edilib. Ermənistanda Azərbaycana qarşı fərqli qüvvələrə xidmət edən çoxlu sayda yarı hərbiləşdirilmiş təşkilatlar qurulub. Törədilən təxribat isə taktiki xarakter daşıyır. Bütün hallarda törədiləcək təxribatın arxa planı araşdırılmalı, Azərbaycan diqqətli addımlar ataraq qurulan kirli oyunları pozmalıdır. Əlbəttə ki, bunlarla yanaşı, törədiləcək təxribatların cavabı da misli ilə verilməlidir”.

Qeyd edək ki, ötən gün şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan SQ-nin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Nəticədə Ordumuzun hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb.

Teqlər: