Sərhəddə atəşkəsin pozulması halları… – DSX

Sərhəddə atəşkəsin pozulması halları… – DSX

Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur.

AzerTimes xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb:

“Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.

Teqlər: