Belarusun qərb sərhədində çətin vəziyyət yaranıb.
AzerTimes xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Konstantin Molostov bildirib.
O bildirib ki, bu, sərhədyanı ölkələrin hərbiləşdirilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, Belarus tərəfi sərhədin o biri tərəfində irimiqyaslı və çoxsaylı bölmə və hərbi birləşmələrin yerləşdirilməsini qeydə alır.