Avqustun 24-də Basarkeçərdəki hərbi hissələrindən birində on əsgər zəhərlənib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Əsgərlərdən birinin atası mediaya açıqlamasında ildirib ki, onların yeməkdən zəhərləndiyini düşünür.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə yalnız bir əsgərin zəhərləndiyini, onun da artıq xəstəxanadan buraxıldığını iddia edib.