Laçın yolunun girişində, Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin postu qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər paylaşılıb.
Məlumata görə, artıq əraziyə sərhədçilər yerləşdirilib.
Qeyd edək ki, dünən Azərbaycan Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsi yerləşdirmişdi.