Saat 11:20-yə olan məlumata görə, Zod yaşayış məntəqəsi istiqamətində Ermənistanın təxribatı ilə başlayan sərhəd toqquşmasında döyüş istensivliyi azalıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Qeyd edək ki, bu gün Ermənistan silahlı qüvvələri bölmələri sözügedən istiqamətdə təxribat törədib və Ordumuzun mövqelərini atəşə tutub. Düşmənin zərbə PUA-sı da tətbiq etməsi nəticəsində 3 hərbçimiz yaralanıb.
Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin iki əsgəri məhv edilib, bir əsgəri yaralanıb. Bu faktı Ermənistan MN təsdiqləyib.
Erməni ordusunun itkilərinin daha çox olduğu iddia edilir.