Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının yaxın
zamanlarda fəaliyyətə başlaması üçün şərait var.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri
İliya Darçiaşvili ilə birgə brifinqdə deyib.
Nazir bildirib ki, postmünaqişə dövründə Azərbaycanın əsas
məqsədi bölgədə sülhün təmin edilməsidir. “Bu məsələ barədə
görüşümüzdə həmkarıma ətraflı məlumat verdim.
Azərbaycan sülh sazişinin prinsipləri barədə ətraflı məlumat
verib. Bilirsiniz ki, sərhədlərin delimitasiyası ilə bağlı işlər
aparılır. Mənim Ermənistan xarici işlər naziri ilə iki telefon
danışığım olub. Demarkasiya və delimitasiya ilə bağlı komissiyanın
parametrləri barədə razılıq var. Komissiyanın yaxın zamanlarda
fəaliyyətə başlaması üçün şərait mövcuddur”, – deyə nazir
bildirib.