Türkiyədə keçmiş futbolçu Sərhat Akının güllələnməsi ilə bağlı yeni faktlar ortaya çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb.
Nazir S.Akına hücum edənlərin şəxsiyyətlərinin müəyyən edildiyini və 4 nəfər şübhəlidən ikisinin saxlanıldığını bildirib:
“Digər şübhəli şəxslərin də tutulması istiqamətində işlər davam etdirilir”.