Sərgidən əl işləri alındı, muzeyə bağışlandı

Sərgidən əl işləri alındı, muzeyə bağışlandı

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komitənin dəstəyi ilə Tovuzdakı Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyində təşkil olunmuş əl sənətləri sərgisində iştirak edib.

AzerTimes xəbər verir ki, sərgidə uşaq, gənclər və müxtəlif yaş qrupundan olan yaradıcı insanların əl sənətkarlığı nümunələri sərgilənir və sərgilənən işlər satışa çıxarılıb.

Komitə sədri və xeyirxah insanlar tərəfindən alınan əl sənətlərinin bir hissəsi Azərbaycan Aşıq Sənəti Muzeyinə, bir hissəsi digər mədəniyyət ocaqlarına bağışlanıb.

Komitə sədri uğurlu əl işləri ilə çıxış edən yaradıcı insanlara yeni uğurlar, sənət sevinci arzulayıb.

Teqlər: