Ötən gün başa çatan seçkilərin nəticələrinə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin hazırkı meri Sergey Sobyanin, ilkin məlumatlara görə, səslərin 77%-dən çoxunu toplayaraq, vəzifəsində qalıb.
AzerTimes “Kommersant” nəşrinə istinadən xəbər verir ki, paytaxtda üç gün davam edən səsvermə həmişəkindən daha sakit keçib və seçicilərin böyük əksəriyyəti öz iradələrini bildirmək üçün elektron formatdan istifadə ediblər.
Namizədlər və onların qərargahı ciddi qanun pozuntusunu müşahidə etməyib və başa çatmış təşviqat kampaniyasının rutin xarakter daşıdığını qeyd ediblər.
Ümumilikdə, 2,7 milyondan çox seçici elektron formatda, təxminən 570 min seçisi isə ənənəvi qaydada səs verib.
Sobyanindən sonrakı yerləri Leonid Züqanov (Kommunist Partiyası, 8%), Boris Çernışov (LDPR, 6%), Vladislav Davankov (5,1%) və Dmitri Qusev (3,9%) tutublar.