“Sərəncamların onlayn idarə edilməsi” xidməti artıq onlayn bankda

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ASC, öz korporativ müştəriləri, həmçinin kiçik və orta biznes sahibləri üçün biznes proseslərinin dayanmadan fəaliyyət göstərməsinə dəstək verəcək növbəti yeniliyi təqdim edib.

“PAŞA Bank” ASC müştərilərinin işini rahatlaşdıracaq “Sərəncamların onlayn idarə edilməsi” xidmətini onlayn banka əlavə edib. Belə ki, “PAŞA Bank”ın onlayn bank platforması vasitəsilə hesablarınıza daxil olan sərəncamları günün istənilən saatında, real vaxt rejimində izləmək və idarə etmək mümkündür. Bu funksionallıq sərəncamların qanunvericiliklə müəyyən edilmiş qaydada, effektiv və operativ şəkildə icrasını təmin edir. Bunun üçün sadəcə ASAN İmzanın olması kifayətdir.

Qeyd edək ki, “Sərəncamların onlayn idarə edilməsi” xidməti yaxın zamanda “PAŞA Biznes” mobil tətbiqində də yer alacaq və müştərilər bu xidmətdən istənilən yerdə və istənilən zaman rahatlıqla istifadə edə biləcəklər.

Xidmətin istifadəsi ilə bağlı yarana biləcək suallara *8123 / (012) 4965004 nömrəli çağrı mərkəzinə zəng etməklə cavab tapmaq mümkündür.

Teqlər: