Şərəf Malkoç Azərbaycana başsağlığı verdi

Şərəf Malkoç Azərbaycana başsağlığı verdi

Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respubikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya zəng edib.

Ombudsman Aparatından AzerTimes-a verilən məlumata görə, telefon danışığı zamanı Ş.Malkoç azərbaycanlı həmkarına ötən gün Ermənistanın təxribatlarının qarşısı alınarkən hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

O, şəhidlərə rəhmət diləyərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Teqlər: