Son zamanlar tez-tez Tiktokda canlı yayımlar açaraq gündəmə gələn məşhur türkiyəli müğənni Sərdar Ortaçın sosial şəbəkə hesabı bağlanıb.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, buna səbəb ulduzun Tiktokdakı canlı yayımlarında söyüşlə danışması olub.
Sosial şəbəkə bunu ədəbsiz davranış kimi qeydə alıb. Bundan başqa, o, spirtli içki qəbul etmək və siqaret çəkməklə də platformanın qaydalarını pozub.
Ulduz bu qərara etiraz edib.
Tiktok hesabımı bağlayıblar, sanki namus cinayəti işlətmişəm kimi hiss edirəm. Mən də İnstaqrama gəldim”, – deyə o vurğulayıb.