Türkiyəli müğənni Sərdar Ortaçın dekabrın sonuna qədər planlaşdırılan 18 konserti ləğv edilib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, sənətçi 1,5 aylıq müddətdə təxminən 25 milyon lirə zərər edəcək.
Xatırladaq ki, Ortaç qanunsuz mərc oyunlarını təşviq etməkdə təqsirli bilindiyi üçün ev dustaqlığına məhkum edilib.