Sərdar Ortac səhnədə yıxıldı – Video

Sərdar Ortac səhnədə yıxıldı – Video

Türkiyəli müğənni Sərdar Ortac İstanbulun Quruçeşmə səmtindəki konsertdə oturacağa əyləşən zaman müvazinətini itirərək yerə yıxılıb.

AzerTimes xəbər verir ki, dərhal sənətçinin köməkçiləri onu yerdən qaldırıb.

Bu zaman S.Ortac “Buraxın, mən Gülbənəm?! (Müğənni Gülbən Ərgən – red.)” deyə bildirib.

Qeyd edək ki, müğənni hələ bir neçə il öncəki açıqlamasında ağır xəstəlikdən əziyyət çəkdiyini, uzun illər müalicə aldığını söyləmişdi. Hətta o, hər ay xaricdən gətirdiyi xüsusi dərman preparatına 40 min lirə (hazırki məzənnə ilə təxminən 3,9 min manat) ödədiyini deyirdi. Ehtimal edilir ki, S.Ortac qəbul etdiyi dərmanlar səbəbindən bəzən müvazinətini saxlaya bilmir.

Teqlər: