Serbiyanın təhsil naziri istefa verdi

Serbiyanın təhsil naziri istefa verdi

Serbiyanın təhsil naziri Branko Ruziç Belqradda məktəbdə 9 nəfərin ölümü ilə nəticələnən silahlı insidentlər əlaqədar istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

Məlumata görə, nazir respublikanın baş naziri Ana Brnabiçə istefa ilə bağlı məktub göndərib, o, həmçinin həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, mayın 3-də Belqardda yerləşən məktəbdə yeniyetmə həmyaşıdlarına atəş açıb. Nəticədə 9 nəfər – səkkiz şagird və bir mühafizəçi həlak olub. Daha altı uşaq və bir müəllim yaralanıb və hazırda xəstəxanadadırlar.

Teqlər: