Serbiyadan Tehran hücumuna: Qəbuledilməzdir…

Serbiyadan Tehran hücumuna: Qəbuledilməzdir…

Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir.

AzerTimes xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyindən bildirilib.

Serbiya XİN Tehrandakı səfirlikdə törədilən terror aktı ilə əlaqədar Azərbaycana səmimi başsağlığı verib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı dəhşətli hücumun törədilməsi, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması, daha iki təhlükəsizlik əməkdaşının yaralanması barədə xəbər bizi dərindən kədərləndirdi”, – Serbiyanın XİN-in sözçüsü əlavə edib.

Teqlər: