Serbiyada terror həyəcanı: Nazir tapşırıq verdi

Serbiyada terror həyəcanı: Nazir tapşırıq verdi

Serbiyada mümkün terror aktı ehtimalına görə təhlükəsizlik tədbirləri artırılıb.

AzerTimes xəbər verir ki, Serbiya daxili işlər naziri İvitsa Daçiçin tapşırığı ilə terror təhlükəsi ilə bağlı qırmızı həyəcan səviyyəsi elan edilib.

Serbiya polisi ictimai yerlərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Xatırladaq ki, ötən gün bir nəfər İsrailin Serbiyadakı səfirliyini mühafizə edən polis əməkdaşını arbaletlə boyun nahiyəsindən yaralayıb. Xəstəxanaya yerləşdirilən polis zabiti uğurlu əməliyyat keçirib.

Teqlər: