Serbiyada süd ixracı qadağan edildi – Səbəb

Serbiyada süd ixracı qadağan edildi – Səbəb

Serbiya bu ayın sonuna kimi süd və bəzi süd məhsullarının ixracına qadağa qoyub.

AzerTimes xəbər verir ki, hökumətin bu qərarı süd və süd məhsulları üçün müəyyən edilmiş maksimum qiyməti keçməmək və tədarükü təmin etmək məqsədi daşıyır.

Maksimum qiymət çərçivəsində 2,8 faiz yağlı süd bu gündən etibarən 128 dinara (1,1 avro) satılacaq.

Serbiyanın ixrac qadağası ilə bağlı qərarı “Açıq Balkan” təşəbbüsünə qoşulan ölkələrdən Şimali Makedoniya və Albaniyaya aid edilməyəcək.

Teqlər: