Serbiyada prezident və parlament seçkiləri keçiriləcək

Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri
keçiriləcək.

Trend TASS-a istinadən xəbər verir ki, eyni zamanda paytax
Belqradda və bir neçə inzibati ərazi vahidində bələdiyyə seçkiləri
keçiriləcək.

Ölkə prezidenti postu uğrunda 8 namizəd mübarizə aparacaq.

Səsvermədə müvafiq hüququ olan 6 milyon 502 min 307 ölkə
vətəndaşı iştirak edə biləcək. Seçki məntəqələri saat yerli vaxtla
07:00-da açılacaq və 20:00-da bağlanacaq. Respublika seçki
komissiyasının məlumatına görə, ümumilikdə ölkə daxilində və
xaricdə 8 255 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Teqlər: