Serbiyada miqrantlarla dolu avtobus aşıb, ölən və yaralananlar var

Serbiyanın şərqindəki Pirot şəhəri yaxınlığında miqrantları daşıyan avtobus aşıb.

Trend xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb, daha 20 nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəsarət alanların əksəriyyəti azyaşlılardır. Qəza faktı ilə bağlı cinayət işi başlanıb. Pirot polisi avtobus sürücüsünü həbs edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, miqrantları daşıyan avtobusun sürücüsü sürət həddini pozaraq, işıq dirəyinə çırpılıb. Toqquşma nəticəsində avtomobil aşıb.

Teqlər: