Qərb dövlətləri Serbiyadakı vəziyyəti sarsıtmağa çalışır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Kollektiv Qərbin “Maydan çevrilişi” üsullarından istifadə edərək Serbiyada vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”, – o bildirib.
Qeyd edək ki, “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları ötən gün Belqrad administrasiyasının binasına basqın edib, şəhərə ciddi ziyan vurublar.