Serbiyada hərbi müəssisədə ay ərzində ikinci partlayış baş verib

Serbiyanın Çaçak qəsəbəsi yaxınlığındakı “Sloboda” hərbi müəssisəsində partlayış baş verib.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Partlayış yerli vaxtla saat 20:00 radələrində (GMT+4 22:00) qeydə alınıb.

Qeyd edilir ki, müəssisədə partlayış ay ərzində ikinci dəfə baş verir. 4 iyunda baş verən partlayış bir neçə gün davam edib. Hadisə nəticəsində dəyən ziyan 1.5 milyondan 2 milyon avroya qədər təşkil edib.

Teqlər: