Serbiyada güclü leysan yağışları: ölənlər var

Serbiyada güclü leysan yağışları: ölənlər var

Serbiyada güclü leysan yağışları və tufan nəticəsində üç nəfər həlak olub.

AzerTimes xəbər verir ki, Novi Sad şəhərində azyaşlı, ölkənin şimal-qərbindəki bir kənddə ildırım vurması nəticəsində evində baş verən yanğından zərər çəkən qadın, Baçka Palanka sakini isə evinin qarşısına düşən kabelləri təmizləmək istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Novi Sad və Baçka Palanka şəhərlərində ağacların avtomobillərin üzərinə və yollara aşması nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb. İnfrastruktura ciddi ziyan dəyib. Ümumilikdə 10 nəfərin xilas edildiyi bildirilib.

Ölkənin qərbində “qırmızı” xəbərdarlıq elan edilib.

Teqlər: