Serbiyada Azərbaycanın dostu qalib gəldi

Serbiyada Azərbaycanın dostu qalib gəldi

Serbiyada ötən gün baş tutan parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

AzerTimes xəbər verir ki, seçki bülletenlərinin 97,22%-i sayıldıqdan sonra Prezident Aleksandr Vuçiçin koalisiyasının 47,36% səslə liderlik etdiyi üzə çıxıb.

Müxalifət koalisiyası isə 22,7% səs toplayıb.

“Bu, mütləq qələbədir və məni çox sevindirir. Əvvəlki dövrdə nələrə nail olduğumuzu və qarşıda bizi hansı çətin dövrün gözlədiyini bilirik”, – Vuçiç tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Vuçiç qarşıda onları Kosova ilə çətin danışıqların gözlədiyini də qeyd edib.

Teqlər: