Serbiya yeni Prezidentini seçdi

Serbiya yeni Prezidentini seçdi

Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub. Aleksandr Vuçiç seçkilərdə qalib gəldiyini elan edib.

Bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında da bildirilir.

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç tutur. Onun ən yaxın rəqibi, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.

Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib. Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

serbiya-prezident