Serbiya xüsusi təyinatlılarının sayı üç dəfə artırılır

Serbiya xüsusi təyinatlılarının sayı üç dəfə artırılır

Serbiya ordusunun xüsusi təyinatlılarının sayı üç dəfə artırılacaq.

AzerTimes xəbər verir ki, bunu Prezident Aleksandr Vuçiç deyib.

“Bu ilin əsas vəzifəsi Serbiya ordusunun xüsusi bölmələrinin 1600 əsgərininın sayının artırılaraq 5 minə çatdırmaq olacaq”, – Vuçiç qeyd edib.

O, komandoların maaşlarının böyük məbləğdə artırılacağını vurğulayıb.

“Xüsusilə, əsas əmək haqqı iki min avrodan çox olacaq, gecə növbəsi və vəzifə üçün əlavə ödənişlər də nəzərdə tutulub”, – A.Vuçiç əlavə edib.

Teqlər: