Serbiya Xarici İşlər Nazirliyi Xorvatiya səfirliyinin diplomatını arzuolunmaz şəxs elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya XİN-in məlumatında deyilir.
“Serbiya Respublikasının Xarici İşlər Nazirliyi, 20 noyabr 2023-cü il tarixində diplomatik münasibətləri tənzimləyən Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq, Xorvatiya səfirliyinin birinci katibi cənab Hrvoy Şnayderin arzuolunmaz şəxs elan edilməsi haqqında qərar qəbul etmişdir. Şnayder Serbiyada peşəkar fəaliyyəti zamanı diplomatik normaların hüdudlarından kənara çıxıb və yuxarıda qeyd olunan konvensiyanı kobud şəkildə pozub. Bununla bağlı diplomatik nota Xorvatiya Respublikasının səfiri Hidayət Bişçeviçə təqdim edilib”, – deyə bildirilib.