Serbiya və Kosova razılığa gələ bilmədi

Serbiya və Kosova razılığa gələ bilmədi

Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti Brüsseldə keçirilən dialoqda nizamlanma üzrə razılığa gələ bilməyib. Lakin tərəflər yaxın günlərdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

“Liderlər arasında Serbiya və Kosovo arasında münasibətlərin yekun statusunun nə olacağı ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Ancaq onlar münasibətlərin normallaşması prosesini sürətləndirmək məqsədilə yaxın gələcəkdə müntəzəm olaraq danışıqları davam etdirməyə razıdır”, – Borrell bildirib.

Teqlər: