Serbiya üç stulda otura bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Serbiyada vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
“Rəhbərliyi və sadə insanları bir-birindən ayırmaq lazımdır, əlbəttə ki, serb xalqına kömək etmək vacibdir. Biz belə insanlarıq. Amma biz Serbiyanın Belarusla bağlı siyasətini nəzərə alırıq. Orda, necə deyərlər, üç kresloda oturmaq istəsələr, bacarmazlar”, – Lukaşenko bildirib.