Serbiyanın Bakıdakı səfirliyi Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, təbrik səfirliyin X sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc olunub.
“Serbiya səfirliyi bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir. Bu bayramı həmişə sülh, sevinc, birlik və firavanlıq içində qeyd etməyinizi arzu edirik!”, – paylaşımda qeyd edilib.