Ölkəmizin kifayət qədər maliyyə imkanları var və Rusiyadan savayı digər ölkələrdən enerji resursları ilə özümüzü təmin edə bilərik.
AzerTimes xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
“Avropa torpağında müharibəyə görə bədəl ödəməliyik. Serblər bundan zərər çəkməyəcək. İraqdan neft götürəcəyik. Həmçinin Venesuela ilə də danışmağa cəhd edəcəyəm. Hər yerdən götürə bilərik”, – deyə Vuçiç bildirib.