Serbiya Rusiya bazasından imtina etdi

Serbiya Rusiya bazasından imtina etdi

Serbiya öz ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsindən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Belqrad bunun əvəzinə NATO ilə əməkdaşlıq etməyi seçib.

Bildirilib ki, indi ölkə rəhbərliyi Buyanovaç yaxınlığındakı Cənub hərbi bazasında NATO əməkdaşlığı gücləndirməyə çalışır.

Qeyd edək ki, bundan öncə Serbiya Prezidendi Aleksandr Vuçiç ölkə ərazisində hər hansı ölkənin bazasına ehtiyac olmadığını söyləmişdi.

Teqlər: