Serbiya Prezidenti Aleksandar Vuçiç ordunu maksimum hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
AzerTimes xəbər verir ki, bu barədə “Veçernıye novosti” qəzeti məlumat yayıb.
“Serbiya Prezidenti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Aleksandr Vuçiç ordu hissələrinin döyüş hazırlığının ən yüksək səviyyəyə gətirilməsi haqqında sərəncam imzalayıb. Ordunun Kosovo və Metoxiya ilə inzibati xəttə doğru təcili hərəkətə keçməsinə göstəriş verilib”, – məlumatda qeyd olunub.