Serbiyanın mövqeyi NATO-ya üzv olmaqdan imtina etmək və özünümüdafiə üçün güclü ordu yaratmaqdan ibarətdir.
AzerTimes-ın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Brüsseldə Rusiya-NATO Şurasının iclasından sonra milli televiziyaya müsahibəsində deyib.
“Biz NATO-ya üzv olmayacağıq”, – deyə A.Vuçiç jurnalistin alyansa üzv olmaq mümkün olduğu halda Serbiyanın niyə silahlandığı barədə sualını cavablandırıb.
“Onlar NATO-da olduqları üçün silahlana bilir, biz isə azad, neytral ölkə olaraq özümüzü müdafiə edə bilmərik? Nəyi bəyənmirsiniz? Biz yalnız müdafiə üçün silahlar alırıq, hücum üçün deyil”, – deyə prezident qeyd edib.