Serbiya MiQ-29-u Fransa qırıcısına dəyişir

Serbiya MiQ-29-u Fransa qırıcısına dəyişir

Serbiya və Fransa 12 ədəd “Rafale” qırıcı təyyarəsinin alınması ilə bağlı müqavilənin detallarının 90%-də razılaşıblar.

AzerTimes xəbər verir ki, bunu “Faynenşl Tayms” Serbiya müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər hələ də müqavilənin bəzi maliyyə şərtlərini razılaşdırmalıdırlar:

“Biz sovet tipli texnologiyaya arxalanırdıq və indi bu texnologiyanı qoruyub saxlamalıyıq. Geosiyasi şəraitə görə bu, indi praktiki olaraq mümkün deyil”, – mənbə Serbiya hökumətinin Rusiyanın MiQ-29 təyyarəsinə deyil, “Rafale” qırıcısına verməsini əsaslandırarkən deyib.

Teqlər: