Serbiya kəşfiyyatının rəhbəri istefa verdi

Serbiya kəşfiyyatının rəhbəri istefa verdi

Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru Aleksandr Vulin istefa verib.

AzerTimes xəbər verir ki, A.Vulin ABŞ və Avropa Birliyini şantajda ittiham edib, Serbiyaya qarşı təzyiqləri artırmaqda günahlandırıb.

“Mən Serbiyaya qarşı şantaj və təzyiqin səbəbi deyiləm, buna icazə verməyəcəyəm. Bunun üçün də Təhlükəsizlik və İnformasiya Agentliyinin direktoru vəzifəsindən istefa verirəm. Mənə qarşı tətbiq edilən sanksiyalar serblərin birliyi uğrunda inadkar mübarizəmin sübutudur”, – Vulin vurğulayıb.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi iyul ayında Aleksandr Vulinin sanksiya siyahısına daxil edildiyi barədə məlumat yaymışdı.

Teqlər: