Serbiya ilə münasibətlərin inkişafı bundan sonra da davam etdiriləcək – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafı bundan sonra da davam etdiriləcək.

AzerTimes-ın məlumatlna görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyəsində artım müşahidə edilir. O qeyd edib ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması istiqamətində müzakirələr aparıldı:
“Ölkəmiz torpaqlarını işğaldan azad edəndən sonra bölgədə yeni vəziyyət yaranıb, həmin ərazilərin bərpa edilməsi ilə bağlı böyük işlər həyata keçirilir. Bu istiqamətdə də müzakirələr apardıq.

İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı”.

Teqlər: