Serbiya NATO üzvü olmayacaq.
AzerTimes xəbər verir ki, bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.
“25 il əvvəl Serbiya sakinləri NATO-nun bombardmanının qurbanı oldu və Belqrad tamamilə dağıdıldı. Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq”, – Popoviç bildirib.
Onun sözlərinə görə, avrointeqrasiyaya baxmayaraq, Serbiya BRİKS ölkələri ilə ikitərəfli mmünasibətlərin inkişafını dayandırmaq niyyətində deyil.