Serbiya ölkədəki gəncləri könüllü hərbi xidmətə çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilir ki, ölkədə 19-30 yaş arası gənclər 6 ay müddətində könüllü olaraq hərbi xidmətə dəvət edilib.
Nazirlik, həmçinin 6 aylıq könüllü hərbi xidmətini uğurla başa vuranlara Serbiya ordusunda peşəkar xidmət etmək hüququ veriləcəyini açıqlayıb.