Xəbər - Ləman Zeynalova – Trend:
Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mihayloviç fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə Trend-ə Serbiyanın Energetika və Mədən Sənayesi Nazirliyindən bildiriblər.
“Serbiya nümayəndə heyətinin tərkibinə həm də dövlət katibi və nazirin köməkçisi daxil olacaq”, nazirlikdən deyiblər.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” 2020-ci il dekabrın 31-dən etibarən Azərbaycan qazının Avropaya nəqlinə başlayıb. Layihənin dəyhəri 45 milyard dollar proqnozlaşdırılsa da, 33 milyard dollar təşkil edib.
2015-ci ildən etibarən hər il fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclası keçirilir.
(Tərcümə: Orxan Nəbiyev)