Serbiya Azərbaycanla interkonnektor vasitəsilə qaz tədarükü
məsələsini müzakirə edir.
Trend-in məlumatına görə, bunu Serbiya baş
nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana
Mixayloviç Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
“Biz energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının
interkonnektor vasitəsilə tədarükü məsələsini müzakirə etdik”, –
deyə o bildirib.
Onun sözlərinə görə, Serbiya Rusiyadan enerji ehtiyatları
tədarükündən 100 faiz asılıdır, ona görə də tədarükün
şaxələndirilməsi çox vacibdir.
(Tərcümə: Orxan Nəbiyev)