Serbiyanın Dövlət Enerji Şirkəti Azərbaycandan 2600 MVt/saat elektrik enerjisi alacaq.
AzerTimes xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.
Onun sözlərinə görə, Serbiya Türkiyə ilə elektrik enerjisinin nəqlini müzakirə edir.
Xatırladaq ki, bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç bildirmişdi ki, ölkəsi 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır.