Ukraynada müharibə dəyişdikcə dəstəyimiz dəyişir, təqdim etdiyimiz imkanlar inkişaf edir. Ona görə də gələcəklə bağlı bu suala dəqiq cavab verə bilmərəm.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməsinə imkan verən şəraitin olub-olmaması barədə sualı cavablandırarkən deyib.
Sallivan qeyd edib ki, bunu artıq ölkə Prezidenti Co Bayden şərh edib:
“O, ABŞ-ın daim vəziyyəti izlədiyini və nəticə çıxardığını bildirib”.